İlham Əliyev Ağdaşda bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB

13:50 | 01.05.2014
İlham Əliyev Ağdaşda bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Ağdaşda bir sıra obyektlərin açılışında iştirak edib - YENİLƏNİB

Ağdaşda səfərdə olan prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yerli rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.APA-nın xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, ikimərtəbəli, 17 otaqlı binanın inşasına 2012-ci ilin avqust ayında başlanılıb. Bina müasir inventar və avadanlıqla təchiz edilib. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir. Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.   *** Ağdaşda səfərdə olan prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. APA-nın məlumatına görə, binanın inşasına 2012-ci ilin avqustunda başlanılıb və bu ilin aprelində başa çatdırılıb. Dövlət başçısı otaqlarda yaradılan şəraitlə tanış olub. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcək. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib. *** Ağdaş rayonunda səfərdə olan prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. APA-nın xəbərinə görə, ümumi sahəsi 5 min 800 kv.m olan ikimərtəbəli bina zəruri avadanlıqla təchiz edilib. Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası, internet klub, kafe, 3D kino zalı və s. fəaliyyət göstərəcək. Ağdaş Heydər Əliyev Mərkəzində VVAQ otağı (qeydiyyat şöbəsi) da yaradılıb. Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.  ***Azərbaycan prezidenti İlham Əliyevin Ağdaş rayonuna səfəri başlayıb. APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov prezident İlham Əliyevə H.Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, burada iki fəvvarə kompleksi yaradılıb. Abidənin ətrafı mərmərlə üzlənib, geniş yaşıllaşdırma işləri həyata keçirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür