İlham Əliyev AŞPA sədri və AŞ-nin baş katibi ilə görüşdü

12:21 | 24.06.2014
İlham Əliyev AŞPA sədri və AŞ-nin baş katibi ilə görüşdü

İlham Əliyev AŞPA sədri və AŞ-nin baş katibi ilə görüşdü

Fransada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin Strasburq şəhərində - Avropa Şurasında rəsmi görüşləri başlayıb.APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞPA sədri xanım Ann Brassörün dəvəti ilə həyata keçirilən səfər zamanı dövlət başçısı ilk olaraq AŞPA sədri ilə görüşüb. O, Avropa Şurasına gələn yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulmuş Şərəf Kitabçasına öz ürək sözlərini yazıb. Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və AŞPA-nın baş katibi Voyçek Savitski iştirak ediblər. Daha sonra AŞ-nin baş katibi T. Yaqlandla görüş başlayıb.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM