Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstan Respublikasının prezidenti Almazbəy Atambayevi və qırğız xalqını Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə təbrik edib.
Bu barədə Oxu.Az qırğız prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir.
"Dəhşətli müharibə illərində cəbhədə göstərilmiş böyük cəsarət, yüksək mərdlik, görünməmiş qəhərmanlıq bizim xalqların tarixinə əbədi olaraq daxil olub. 9 may – Qələbə günü bizim hamımızı birləşdirən böyük tarixi əhəmiyyətli hadisədir.
Əminəm ki, həmin illərin ağır sınaqlarından çıxmış bizim xalqlarımızın dostluğu və sarsılmaz birliyi bundan sonra da Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əməkdaşlığın və qarşlılıqlı münasibətlərin inkişafına və möhkəmlənməsinə güclü təkan verəcək”, - Azərbaycan prezidentinin təbrik teleqramında deyilir.
İlham Əliyev Almazbəy Atambayevə, veteranlara və qardaş Qırğızıstan xalqına möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar arzu edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !