İlham Əliyev atasının qəbrini ziyarət etdi

10:30 | 10.05.2015
İlham Əliyev atasının qəbrini ziyarət etdi

İlham Əliyev atasının qəbrini ziyarət etdi

Bu gün eks prezident Heydər Əliyevin doğum günüdür. Bununla əlaqədar onun oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Prezident İlham Əliyev  məzarı önünə əklil qoydu, onun xatirəsini ehtiramla andı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlətimizin başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoydular.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM