İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü

13:57 | 22.01.2015
İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü

 Azərbaycan prezidenti İlham Əliyevin Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşü olub.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Azərbaycanın Avropanın enerji təminatında artan rolunun önəmi vurğulanıb, bu sahədə "Cənub” qaz dəhlizinin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı gələn ay Bakıda keçiriləcək "Cənub” qaz dəhlizinin nazirlər səviyyəsində birinci məşvərət şurasına dair məsələlər müzakirə edilib, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM