Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin növbəti Sammiti Azərbaycanda keçirilə bilər.APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, belə bir təkliflə Azərbaycan prezidenti İlham Əliyev bu gün Tiflisdə keçirilən "2014 Tiflis sammiti"nin yekununa həsr olunan mətbuat konfransında bildirib. O, hazırkı sammitin çox məhsuldar olduğunu bildirərək növbəti sammitin Azərbaycanda keçirilməsini təklif edib: “Biz bu gün apardığımız fikir mübadiləsi ətrafında qərara gəldik ki, belə görüşlər müntəzəm keçirilsin. Etiraz etmirsinizsə, təklif edirik ki, növbəti sammitimiz Azərbaycanda keçirilsin və bu xoş niyyətli əməkdaşlığımız davam etsin”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !