"Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə hər birinin 200 çarpayılıq yeri olmaqla 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur”.
"Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, həkimlərin və tibb işçilərinin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətləri yüksək qiymətləndirilir: "Onların maaşı əmək haqlarının 4-5 misli qədər artırıldı. Bu da dövlətin onlara göstərdiyi diqqət və qayğının təzahürüdür”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !