İlham Əliyev: “Azərbaycanın dünyada mövqeləri güclüdür”

14:07 | 21.11.2014
İlham Əliyev: “Azərbaycanın dünyada mövqeləri güclüdür”

İlham Əliyev: “Azərbaycanın dünyada mövqeləri güclüdür”

“Son on ildə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq və işsizlik kəskin şəkildə azaldılıb, yeni iş yerləri açılıb və uğurlu iqtisadi islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də qeyd olunub”.

ANN.Az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının açılış mərasimində deyib. “Ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol Avropa təsisatları ilə əməkdaşlıqda mühüm əhəmiyyətə malik olacaq”, - deyən Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü olan Azərbaycanın dünyada çoxmədəniyyətliliyin mühüm mərkəzlərindən biri kimi tanındığını da diqqətə çatdırıb. Prezident qeyd edib ki, beynəlxalq ictimaiyyətin fəal üzvü olan Azərbaycanın dünyada mövqeləri güclüdür. O bildirib ki, iki il ərzində BMT Təhlükəsizlik Şurasına üzv olan, onun sessiyalarına sədrlik edən Azərbaycan dünya tərəfindən dəstəklənir.

ANN.Az

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM