İlham Əliyev: Azərbaycanın gözəl gələcəyi var

11:37 | 29.10.2014
İlham Əliyev: Azərbaycanın gözəl gələcəyi var

İlham Əliyev: Azərbaycanın gözəl gələcəyi var

Azərbaycanın gözəl gələcəyi var. Gənclərimiz bu gün sərhədlərimizi müdafiə edir, işğalçılardan torpaqlarımızı qoruyur. Ermənistanın işğalçılıq siyasətindən gənc azərbaycanlılar da ziyan çəkib”.ANN.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən Gənclər siyasəti üzrə  I Qlobal Forumda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycan xalqı əsrlərlə bu torpaqda yaşayıb:“Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, 1 milyon insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Xocalıda soyqırım törədilib, 600 nəfər uşaq, qadın və yaşlı insan qətlə yetirilib”.BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə 4 qətnamə qəbul etdiyini xatırladan prezident qeyd edib ki, bəzən Təhlükəsizlik Şurasının qətnamələri 1 gün ərzində yerinə yetirilir, bəzən isə kağız üzərində qalır. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruri olduğunu söyləyib.   İlham Əliyev həmçinin bildirib ki, gənclər siyasəti üzrə I Qlobal Forumu bizim üçün çox əhəmiyyətli tədbirdir.Dövlət başçısı deyib ki, gənclər siyasəti, incəsənət və mədəniyyət bir-biri ilə əlaqəlidir. O bildirib ki, Azərbaycanda gənclər siyasəti ilə bağlı iki dövlət proqramı həyata keçirilib, Gənclər Fondu yaradılıb:“Gənclər Fondu təhsil, sağlamlıq və digər sahələrlə gənclər təşkilatlarının, gənclərin təşəbbüsünü dəstəkləyir”.Prezident İlham Əliyev bildirib ki, neft, qaz yox, təhsil, insan kapitalı cəmiyyətin, dövlətin inkişafında əsas rol oynayır:“Azərbaycan hökuməti uzun illərdir, gənclərimizin xaricdə nüfuzlu ali məktəblərdə təhsil alması istiqamətində proqram həyata keçirir. Azərbaycan universitetlərinin dünyanın nüfuzlu universitetləri ilə əlaqə yaratmasına çalışırıq”.Dövlət başçısı Azərbaycanda idmanın inkişafına da xüsusi diqqət ayrıldığını vurğulayıb.Olimpiya idman növlərində qazanılan uğurlardan söz açan prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda yeni idman obyektləri tikilir, gənclər arasında idmanın inkişafı stimullaşdırılır:“Sağlam həyat tərzi uğurun əsasında durur, alkoqolizm və digər zərərli vərdişlərlə mübarizədə mühüm rol oynayır. Gələn il Azərbaycanda ilk Avropa Olimpiya Oyunları keçiriləcək, bu, tarixi hadisədir. Gələn il Avropa Olimpiya Oyunları ilə bağlı Azərbaycana 6 min idmançı gələcək. Növbəti ilə şahmat üzrə çempionat keçiriləcək. 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Azərbaycan xalqların, sivilizasiyaların dialoquna xüsusi diqqət yetirir. Azərbaycanda çoxsaylı xalqlar tolerant şəraitdə yaşayır. Azərbaycanda sivilizasiyalararası dialoqlar keçirilib. Azərbaycan bu sahədə uğurlar əldə edib”.Dövlət başçısı Azərbaycanın kosmosa peyk buraxdığını, “Asan” xidmət mərkəzlərini istifadəyə verildiyini də nəzərə çatdırıb, bunların Azərbaycanın əldə etdiyi böyük uğurlar olduğunu qeyd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM