İlham Əliyev başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə başsağlığı məktubu ünvanlayıb. “Qafqazinfo” xəbər verir ki, prezident məktubunda “Sevol” bərəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərindən kədərləndiyini bildirib: "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib























