İlham Əliyev başsağlığı verib

15:34 | 23.02.2019
İlham Əliyev  başsağlığı verib

İlham Əliyev başsağlığı verib

Prezident İlham Əliyev Banqladeş Xalq Respublikasının prezidenti Md. Əbdül Həmidə başsağlığı məktubu ünvanlayıb.

AZƏRTAC-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin paytaxtı Dəkkə şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Banqladeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM