İlham Əliyev bir sıra görüşlər keçirib

14:30 | 27.04.2014
İlham Əliyev bir sıra görüşlər keçirib

İlham Əliyev bir sıra görüşlər keçirib

Azərbaycan prezidenti İlham Əliyev Finlandiya, Xorvatiya, Serbiya, Bolqarıstan, Moldova, Rumıniya, Latviya, Estoniyanın sabiq prezidentlərini və İsrailin sabiq baş nazirini qəbul edib.

 Finlandiyanın sabiq dövlət başçısı xanım Tarya Halonen, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiçi, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın keçmiş prezidenti Petar Stoyanov, Moldovanın keçmiş prezidenti Petru Luçinski,Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku, Latviyanın keçmiş prezidenti Valdis Zatlersi, Estoniyanın sabiq prezidenti Arnold Rüüteli və İsrailin sabiq baş naziri Ehud Barakla görüşlərdə qonaqlar dünyada dərin maliyyə və iqtisadi böhranın hökm sürdüyü dövrdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların onlarda dərin təəssürat yaratdığını qeyd ediblər.

Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrin, o cümlədən qeyri-neft sektorunun inkişafına böyük önəm verildiyini vurğulayıb.

Qeyd edək ki, qonaqlar Bakıda keçiriləcək II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edəcəklər. Onlar görüşlərdə bu forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM