"Biz doğma torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bir milyon qaçqın və məcburi köçkün öz torpaqlarına qayıdıb yaşamalıdır”. Bunu Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.Prezident BMT-nin 4 qətnaməsi olduğunu və həmin qətnamələrdə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələb olunduğunu qeyd edib. Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar da bu barədə qərar qəbul edib. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əhalisinin 30 faizi torpaqlarından qovulandan sonra orada qeyri-qanuni referendum keçirilib. Ona görə də heç bir ölkə bu qeyri-qanuni referendumun nəticələrini tanımayıb.O, qeyd edib ki, Azərbaycanın müstəqilliyindən 22 il ötür, qısa müddətdə böyük uğurlar əldə olunub: “Azərbaycanın daha müasir dövlətə çevrilməsinə çalışırıq. 10 il əvvəl Azərbaycanda 49 faiz səviyyəsində olan yoxsulluq artıq çox aşağı düşüb. “Biz dayanıqlı inkişafa nail olmalıyıq. Artıq Azərbaycan gələcəyi aydın olan ölkə kimi qəbul edilə bilər. Azərbaycanın 2020-ci ilə baxışla bağlı konsepsiyası var. Maliyyə vəziyyətimiz də sarsılmazdır. Çox aşağı səviyyədə borcumuz var, ümumdaxili məhsulumuzun 8 faizini təşkil edir. İqtisadiyyatımız şaxələnir. Əvvəllər miqrasiya Azərbaycandan başqa ölkələrə idisə, sonra ölkə daxilində regionlardan Bakıya oldusa, indi biz regionlardan Bakıya miqrasiyanı dayandırmağa çalışırıq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !