İlham Əliyev Braziliya Prezidentini təbrik edib

12:09 | 07.09.2024
İlham Əliyev Braziliya Prezidentini təbrik edib

İlham Əliyev Braziliya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,
7 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün Braziliya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ötən dövr ərzində Azərbaycan-Braziliya əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda genişlənməsi bizi sevindirir.
Bu il Bakıda təşkil ediləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı Braziliya ilə birgə sıx əməkdaşlıq edəcəyimizə inanıram. Qlobal istiləşməni 1,5 C° səviyyəsində saxlamaq məqsədilə Üçlük mexanizmi çərçivəsində ölkəniz və Birləşmiş Ərəb Əmirlikləri ilə apardığımız birgə fəaliyyəti yüksək qiymətləndirirəm.
Fürsətdən istifadə edərək G20 Sammitinin keçirilməsində ölkənizə uğurlar arzulayıram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM