İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul edib

13:58 | 07.10.2014
İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul edib

İlham Əliyev Böyük Britaniya nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ANN.Az-ın APA-ya istinadən məlumatına görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğu vurğulanıb.

 

Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM