İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”

17:32 | 29.02.2016
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”

İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”

 "Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin yaxşı tarixi və potensialı var. Azərbaycanın xarici ticarət dövriyyəsinin yarısı Avropa İttifaqı ölkələrinin payına düşür”. 
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclasında deyib.
 
Dövlət başçısı bildirib ki, Azərbaycan uzun illər özünü etibarlı tərəfdaş kimi göstərib: "Belə tədbirlər davamlı olacaq. Əminəm ki, bundan sonra da bütün məsələlərin öhdəsindən uğurla gəlinəcək. Layihəni dəstəkləyən ölkələrə, xüsusən də ABŞ-a minnətdarlığımı bildirirəm. İmzalanacaq Bəyannamədə Azərbaycanın strateji rolu xüsusi qeyd ediləcək ”.
 
Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi iri infrastruktur layihəsidir: "Bu, güclü əməkdaşlıq layihəsidir. Layihə iştirakçısı olan ölkələr arasında əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcək. Bu, səmimi əməkdaşlıq və açıq tərəfdaşlıq layihəsidir”. 
 
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrdən çoxdur: "Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM