Prezident İlham Əliyev özünün Tvitter hesabında cəbhədə yaranan gərginlikdən yazıb.
ANN.Az xəbər verir ki, Prezident müharibəyə getmək istəyən könüllülər barədə bunları qeyd edib:
“Son günlər ərzində erməni işğalçı qüvvələrinin hücumları nəticəsində bizim ordumuz itkilər vermişdir, bir neçə hərbçi şəhid olmuşdur. Allah onlara rəhmət eləsin! Ancaq onların qanı yerdə qalmayıb. Son hadisələr bir də onu göstərdi ki, cəmiyyətdə vətənpərvərlik ruhu çox yüksəkdir. Yüzlərlə müraciətlər olunur, cəbhə bölgəsinə Azərbaycanın digər bölgələrindən gənclər təşrif buyurur, öz arzularını ifadə edirlər. Onlar könüllülər kimi ərazi bütövlüyümüzün bərpasında iştirak etmək istəyirlər. Hesab edirəm ki, hələ buna ehtiyac yoxdur”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !