Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.
İlham Əliyev Xorvatiyanın Baş nazirinə COP29-da iştirakına görə təşəkkürünü bildirib,COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulayıb.
Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələr arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd ediblər.
Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol,neft və qaz ixracı xüsusilə vurğulanıb həmçinin qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olunub.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir.Azərbaycan Avropa İttifaqı tərəfindən PanAvropa enerji təchizatçısı kimi qiymətləndirilib.
Xorvatiya Baş naziri dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !