İlham Əliyev Davudoğlunu qəbul etdi

12:14 | 26.05.2014
İlham Əliyev Davudoğlunu qəbul etdi

İlham Əliyev Davudoğlunu qəbul etdi

Prezident İlham Əliyev ölkəmizə səfər edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. ANS PRESS-in məlumatına görə, görüşdə İlham Əliyev və Əhməd Davudoğlu Azərbaycan-Türkiyə əlaqələri, regional problemlər və Ukraynadakı böhranı müzakirə ediblər.Görüş zamanı Azərbaycanın türk coğrafiyasının mərkəzi olduğunu deyən Davudoğlu, Türkiyə, Azərbaycan və Türkmənistan arasında baş tutacaq olan iclasın ilk dəfə keçirildiyini və üçtərəfli zirvə görüşünün gələcəkdə genişləndirilərək davam etdiriləcəyini qeyd edib.İlham Əliyev isə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün iki ölkə arasındakı məsləhətləşmələrin daha sıx xarakter daşımasının vacibliyini vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM