• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev deputat Fəttah Heydərovun vəfat ilə əlaqədar nekroloq imzalayıb

İlham Əliyev deputat Fəttah Heydərovun vəfat ilə əlaqədar nekroloq imzalayıb
04.08.2020 16:17
Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərovun vəfat ilə əlaqədar nekroloq imzalayıb.

Yeniavaz.com xəbər verir ki, nekroloqda deyilir: 

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Səməd oğlu Heydərov 2020-ci il avqustun 4-də ömrünün 83-cü ilində vəfat etmişdir. 

Fəttah Heydərov 1938-ci il fevral ayının 23-də Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinə daxil olaraq, 1964-cü ildə Universitetin mexanika-riyaziyyat fakültəsində ali təhsilini başa vurmuş, 1975-ci ildə isə Bakı Ali Partiya Məktəbindən məzun olmuşdur.

Fəttah Heydərov 1955–1958-ci illərdə Naxçıvan Muxtar Respublikasının indiki Babək rayonunun Güznüt kənd klubunun müdiri, 1958–1966-cı illərdə isə rayonun Çeşməbasar kənd səkkizillik məktəbinin müəllimi işləmişdir. O, 1966–1970-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı və 1970–1976-cı illərdə Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi vəzifələrində çalışmışdır.

Fəttah Heydərov 1976–1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri vəzifəsini tutmuş, 1978–1983-cü illərdə Ordubad və Culfa rayon partiya komitələrinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olmuşdur.

1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin, 1990–1995-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı kimi fəaliyyət göstərən Fəttah Heydərov 1995-ci ildən etibarən altı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Uzun illər ərzində tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə təşkilatçılıq qabiliyyəti nümayiş etdirən Fəttah Heydərov yüksək məsuliyyət hissi və insanlara münasibətdə həssaslığı sayəsində həmkarlarının rəğbət və ehtiramını qazanmışdır. Dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi onun təqdirəlayiq xidmətləri vardır.
 
Fəttah Heydərov böyük nüfuza malik el ağsaqqalı idi. O, Azərbaycan Ağsaqqallar Şurasının sədri olaraq xüsusən yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli dövlətçiliyə sədaqət, mədəni irsə, əxlaqi-mənəvi dəyərlərə və adət-ənənələrə dərin hörmət ruhunda tərbiyəsi işinə mühüm diqqət yetirmişdir.

Fəttah Heydərovun ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı daim layiqincə qiymətləndirilmiş və o, uzunmüddətli səmərəli fəaliyyətinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarına layiq görülərək, 2008-ci ildə "Şöhrət”, 2013-cü ildə "Şərəf” və 2018-ci ildə "İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim və səmimi insan Fəttah Səməd oğlu Heydərovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!".

İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Əli Əhmədov
Eldar Əzizov
Ziyad Səmədzadə
Eldar İbrahimov
Əhliman Əmiraslanov
Teymur Bünyadov
Sudeif İmamverdiyev

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Siyasət 16:29
Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar
Əliyev: Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz
Siyasət 16:20
Əliyev: Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz
Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı başlayıb
Siyasət 16:17
Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə mətbuat konfransı başlayıb
Azərbaycan Ordusunda gənc əsgərlər and içiblər
Siyasət 15:39
Azərbaycan Ordusunda gənc əsgərlər and içiblər
Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir
Siyasət 15:00
Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir
Ərdoğan Qarabağdadır
Siyasət 13:48
Ərdoğan Qarabağdadır
Xankəndidə Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılacaq
Siyasət 13:04
Xankəndidə Zəfər Muzeyi keçmiş icra hakimiyyətinin binasında yaradılacaq
Prezident Şahbaz Şərifə təşəkkür edib
Siyasət 12:59
Prezident Şahbaz Şərifə təşəkkür edib
Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 12:51
Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini Zəfər Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol