• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi

İlham Əliyev dövlət şirkətlərini sərt tənqid etdi
26.02.2021 16:43
"Hamı bilir ki, İnvestisiya Holdinqi nəyə görə yaranıb. Bu, mənim fərmanımda da qeyd edilib ki, idarəetmə sistemini təkmilləşdirmək üçün. Dövlət şirkətlərində idarəetmə sistemi axsayır, müasir tələblərə cavab vermir. Bu idarəetmə sistemi büdcədən pulların "sağılması” məqsədilə istifadə olunur”.

Bunu Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

İlham Əliyevin sözlərinə görə, demək olar ki, hazırda heç bir dövlət şirkəti özünü təmin edə bilmir:

"Həmişə büdcədən dotasiyalara ehtiyac olur. Belə davam edə bilməz. Digər tərəfdən hazırkı vəziyyəti, həmçinin, Qarabağın da bərpasını nəzərə alsaq, strateji infrastruktur dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaqdır. Lazım olan nəzarəti təmin etməkdir.

Bunun üçün məşvərət şuraları yaradılır, orada hökumətin nümayəndələri təmsil olunur ki, nəzarətsizlik olmasın, pullar hədər xərclənməsin. Bu gün dövlət şirkətləri əsasən dövlətin boynunda olan böyük bir yükdür. Hətta, Dövlət Neft Şirkəti belə, hansı ki, Azərbaycanın ən böyük vergi ödəyicisidir. O da bu yaxınlara qədər dövlətdən qazlaşdırma üçün dotasiya alırdı. Bu belə davam edə bilməz. Təbii ki, bir neçə istisnalar var. Əksəriyyəti isə səmərəsizdir. Həm rəhbərliyin möhkəmləndirilməsi, həm də idarəetmənin təkmilləşdirilməsi baxımından, kim yeni qaydalarla şəffaf işləmək istəməsə, məsuliyyətə cəlb olunacaq”.

Prezident qeyd edib ki, dövlət şirkətlərinin özəlləşdirilməsi məsələsinə gəldikdə isə ən azından 2021-ci il üçün bu dəqiq olmayacaq:

"Lakin, bəzi dövlət şirkətlərinin müəyyən iş sahələri özəl kapital hesabına inkişaf etməlidirlər. İlk növbədə enerji sahəsini qeyd etmək istəyirəm. Biz özəl investisiyalar üçün bu sahəni açmışıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol