• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır”

İlham Əliyev: “Əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır”
06.05.2014 13:43
“Bugünkü sammit siyasi və iqtisadi yükünə görə böyük əhəmiyyət daşıyır”. APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelashvili Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilən “2014 Tiflis sammiti”ndə deyib. G. Marqvelaşvili ölkəsinin həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxın əlaqələrinin olduğunu vurğulayıb. Azərbaycan prezidenti İlham Əliyev isə bildirib ki, hər üç ölkə daim birgə səylər göstərir: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə üçtərəfli əməkdaşlığı nəinki bu ölkələr üçün, bölgə və dünya üçün də böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivədən çıxıb qlobal məna daşımaqdadır. Sammitin keçirilməsi özlüyündə çox əlamətdar hadisədir və burada müzakirə olunacaq məsələlər də mahiyyət etibarilə çox böyük məna daşıyır. Burada regional təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat, humanitar sahədə əməkdaşlıqla əlaqədar fikir mübadiləsi aparacağıq. Birgə fəaliyyət planı haqqında danışacağıq”. Abdulla Gül isə bəyan edib ki, Türkiyə bu tərəfdaşlıqdan və birlikdən məmnundur. O Bakı-Tiflis-Qars dəmir yolunun təməlqoyma mərasimini xatırladaraq deyib ki, bu da ölkə başçılarının birliyinin nəticəsidir: “İndi də müzakirə olunacaq məsələlər ətrafında eyni mövqedəyik və bu, bizi məmnun edir. Bu üç ölkənin birgə həyata keçirəcəyi önəmli layihələr var. Biz Qafqaz dağlarındakı səddi götürüb bir işbirliyi halına gətirdik. Üç ölkə olaraq siyasi anlamda mehriban qonşu və qardaşıq. İqtisadi anlamda da çox yaxın əlaqələr var”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Türkiyəyə səfərə gedib
Siyasət 19:25
Prezident Türkiyəyə səfərə gedib
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Siyasət 13:27
Serbiyanın Azərbaycandakı səfirinə "Dostluq" ordeni təqdim olunub
Azərbaycan XİN Polşaya başsağlığı verib
Siyasət 12:31
Azərbaycan XİN Polşaya başsağlığı verib
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
Siyasət 12:05
Azərbaycan Prezidenti polşalı həmkarına başsağlığı verib
İlham Əliyev Ərdoğana başsağlığı verib
Siyasət 11:47
İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 10:10
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Türkiyəyə başsağlığı verib
Siyasət 20:30
Azərbaycan Türkiyəyə başsağlığı verib
Özgür Özəl İlham Əliyevə zəng edib
Siyasət 15:09
Özgür Özəl İlham Əliyevə zəng edib
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Siyasət 14:09
Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol