İlham Əliyev Emoməli Rəhmonu təbrik etdi

21:46 | 08.09.2015
İlham Əliyev Emoməli Rəhmonu təbrik etdi

İlham Əliyev Emoməli Rəhmonu təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmonu milli bayram münasibətilə təbrik edib.

ANN.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, təbrik məktubunda deyilir:

"Tacikistanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə Tacikistanı tarixən yaranmış dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, bizim birgə səylərimiz sayəsində Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın rifahı, ölkələrimizin firavanlığı naminə bundan sonra da möhkəmlənəcək və dinamik inkişaf edəcək.

Hörmətli Emoməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Tacikistan xalqına sülh və firavanlıq arzulayıram.”

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM