Azərbaycanın Respublika Günü münasibəti ilə keçirilən tədbirdə çıxış edən İlham Əliyev geniş nitq söyləyib. Musavat.com yazır ki, onun çıxışında ilk hesab olunacaq fərqli bir məqam olub.Azərbaycan prezidenti öz nitqində erməni xalqına müraciət edərək, onları “kriminal, korrupsioner, diktatura rejimindən” azad olmağa çağırıb. Prezident deyib ki, Ermənistan səfalət içərisindədir, hər il onminlərlə erməni öz ölkəsini tərk edir, qaçıb, başqa ölkələrdə nicat axtarır. İlham Əliyev bildirib ki, nə qədər ki erməni xalqı özünü qaniçən, kriminal rejimindən azad olmayıb, onu tarixin arxivinə göndərməyib, xalqın vəziyyəti getdikcə daha da pisləşəcək.Ermənilərə qarşı sərt danışan prezident deyib ki, Azərbaycan öz torpaqlarında 2-ci erməni dövlətinin qurulmasına yol verməyəcək. Dərhal da qeyd edib ki, 1-ci erməni dövləti - indiki Ermənistan da Azərbaycanın tarixi torpaqlarında süni olaraq yaradılıb. O deyib ki, Azərbaycan olaraq Ermənistanı təcrid siyasəti yürütməkdə davam edəcəklər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !