Azərbaycan рrezidenti İlham Əliyev general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
ANN.Az APA-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Müdafiə Nazirliyi və Təhsil Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim, general-leytenant Əlağa İsmayıl ağa oğlu Şıxlinskinin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Azərbaycan Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !