• $ 1.7
  • € 1.9087
  • ₽ 0.020606
  • ₺ 0.0439
  • £ 2.2585

İlham Əliyev Gürcüstanda açılış etdi - YENİLƏNİB

İlham Əliyev Gürcüstanda açılış etdi - YENİLƏNİB
06.05.2014 12:05
Azərbaycan prezidenti İlham Əliyev Tiflisə səfəri çərçivəsində bir sıra obyektlərlə tanış olub. APA-nın Tiflisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Gürcüstandakı səfirliyinin yeni binası ilə tanış olan dövlət başçısı daha sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində olub. Dövlət başçısı “SOCAR-Georgia” şirkətinin inzibati binasına da baş çəkib. Qeyd edək ki, prezident İ. Əliyevin səfərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə bu gün Tiflisdə keçiriləcək sammitdə iştirak etməkdir.****** Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib.APA-nın Gürcüstana ezam olunmuş müxbiri xəbər verir ki, işgüzar xarakter daşıyan səfərin məqsədi bu gün Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçiriləcək sammitdə iştirak etməkdir. “2014 Tiflis sammiti” adlı beynəlxalq tədbir Gürcüstan parlamentinin Milli Kitabxanasında baş tutacaq. Sammitdə son 20 ildə iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək. Görüşü üç ölkə liderləri birlikdə açacaqlar. Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır. Xatırladaq ki, "2014 Tiflis sammiti" Georgi Margvelashvilinin Azərbaycan və Türkiyəyə səfərləri zamanı planlaşdırılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Siyasət 08:36
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 17:06
Prezidentdən yeni təyinat - Sərəncam
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir
Siyasət 12:12
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə davam etdirilir
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
Siyasət 10:44
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
Prezident PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib
Siyasət 18:30
Prezident PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik edib
Nazirə yeni vəzifə verilib - Prezidentdən sərəncam
Texnologiya 16:29
Nazirə yeni vəzifə verilib - Prezidentdən sərəncam
Əkin üçün gətirilən bəzi bitkilər gömrük rüsumundan azad edilir
Siyasət 15:37
Əkin üçün gətirilən bəzi bitkilər gömrük rüsumundan azad edilir
Prezidentdən yeni təyinat - Sərəncam
Siyasət 15:30
Prezidentdən yeni təyinat - Sərəncam
Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
Siyasət 11:47
Türkiyənin müdafiə naziri Azərbaycana gəlir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol