İlham Əliyev Gürcüstandan olan nümayəndə heyətini qəbul etdi

16:31 | 07.07.2014
İlham Əliyev Gürcüstandan olan nümayəndə heyətini qəbul etdi

İlham Əliyev Gürcüstandan olan nümayəndə heyətini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev iyulun 7-də Gürcüstan parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycanla Gürcüstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Parlamentlər arasında əlaqələrin önəmini vurğulayan prezident parlamentlərarası, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. O, qanunvericilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edərək parlamentlər arasında əlaqələrin ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verdiyini söyləyib. Gürcüstan parlamentinin sədri David Usupaşvili rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərində məqsədin iki ölkə parlamentləri arasında qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsindən ibarət olduğunu deyib. Qonaq qarşılıqlı faydalı və strateji münasibətlərin qurulması işində deputatların rolunu qeyd edərək Gürcüstanda yeni seçilmiş parlamentin Azərbaycanla bundan sonra da uğurlu əməkdaşlığı davam etdirəcəyini məmnunluqla vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM