İlham Əliyev görüşlər keçirdi

16:50 | 11.02.2015
İlham Əliyev görüşlər keçirdi

İlham Əliyev görüşlər keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyətini qəbul edib.

ANN.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində Fransa Prezidenti Fransua Ollandla keçirdiyi mütəmadi görüşlərin önəmini vurğuladı. 

Dövlət başçısı Fransa nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq və ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.

Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokel Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə bu qurumda çalışmasını və eləcə də iki il bundan əvvəl Fransa nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etməsini məmnunluqla xatırladı.

Görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində, eləcə də ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev həmçinin Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib.

Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlətimizin başçısına təqdim etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi, energetika sahəsində əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM