İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

14:33 | 25.11.2013
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.AzərTAc xəbər verir ki, baş katib Ekmələddin İhsanoğlu yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, İslam Əməkdaşlıq Təşkilatını təmsil edən böyük müşahidə missiyasının seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırdı. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olduğunu vurğulayan Ekmələddin İhsanoğlu təşkilatın layihələrinə Azərbaycanın verdiyi dəstəyin önəmini qeyd etdi. Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti