Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanı qəbul edib. ANS PRESS-in məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !