İlham Əliyev italiyalı naziri qəbul etdi

14:55 | 15.04.2015
İlham Əliyev italiyalı naziri qəbul etdi

İlham Əliyev italiyalı naziri qəbul etdi

Prezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

ANN.Az AzerTac-a istinadən xəbər verir ki,  nazir Federika Quidi İtaliya Prezidenti Sergio Mattarellanın və Baş nazir Matteo Renzinin salamlarını dövlət başçısına çatdırıb.

Federika Quidi ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib. Əlaqələrimizin möhkəmləndirilməsində enerji sahəsində əməkdaşlığın önəmini vurğulayan italiyalı nazir TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə dövlət başçısına məlumat verib. Dövlət başçısı Romada İtaliyanın Baş naziri Matteo Renzi ilə keçirdiyi görüşləri xatırlayaraq səfər zamanı qəbul edilmiş "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənın ölkələrimiz, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq əlaqələri baxımından əhəmiyyətini qeyd edib. Ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev enerji təhlükəsizliyi sahəsində əməkdaşlığımızın önəmini vurğulayıb.

Dövlət başçısı Prezident Sergio Mattarellanın və Baş nazir Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM