Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Fransanın “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşüb.APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirilib, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !