Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatları gözlənilir, bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, hazırki idarəetmə strukturu köhnəlib və yenilənməyə ehtiyac var. "İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib", deyə prezident bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !