İlham Əliyev kənd təsərrüfatında islahatlarla bağlı sərəncam imzalayacaq

14:09 | 15.04.2014
İlham Əliyev kənd təsərrüfatında islahatlarla bağlı sərəncam imzalayacaq

İlham Əliyev kənd təsərrüfatında islahatlarla bağlı sərəncam imzalayacaq

“Kənd təsərrüfatının inkişafı Azərbaycanda müsbət demoqrafik dinamikanı da nəzərə almalıdır”.APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib. Dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramını müzakirə edərkən bu məsələlərlə bağlı kifayət qədər geniş danışıb, tapşırıqlarını verib: “Əlavə sözlərə ehtiyac yoxdur. Sadəcə, demək istəyirəm ki, kənd təsərrüfatında aparılan islahatları dərinləşdirmək üçün yaxın günlərdə yeni sərəncam imzalanacaq və əminəm ki, bu sərəncamın çox müsbət təsiri olacaq”. Prezident İ. Əliyev deyib ki, bu gün Azərbaycanın ümumi daxili məhsulunun böyük hissəsini qeyri-neft sektoru təmin edir: “Bu, müsbət haldır və iqtisadi şaxələndirmə siyasətimizin nəticəsidir. Ancaq əgər biz ixrac strukturuna baxsaq görərik ki, burada mütləq əksəriyyət neft-qaz sektorunun payına düşür. Yəqin ki, bu, təbiidir. Çünki bu rəqəmlər və hasilat o qədər böyükdür ki, əlbəttə, qeyri-neft sektoru bu templərlə ayaqlaşa bilmir. Ancaq yenə də çalışmalıyıq ki, biz qeyri-neft ixrac potensialımızı artıraq, gücləndirək. Buna nail olmaq üçün keyfiyyət yüksək olmalıdır, əlavə məhsul istehsal edilməlidir. Biz yeni bazarlara çıxmalıyıq və çıxacağıq”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM