İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb

22:01 | 31.05.2023
İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb

İlham Əliyev Kişineuda Moldovanın Baş naziri ilə görüşüb


Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda Moldova Respublikasının Baş naziri Dorin Reçan ilə görüşüb.

Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən Moldovanın Baş naziri İlham Əliyevin "Avropa siyasi birliyi”nin Zirvə toplantısında iştirakına görə minnətdarlığını ifadə edib.
 
Dorin Reçan Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik edib.
 
Prezident İlham Əliyev "Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Baş nazir Azərbaycanın Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı ölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğu, Azərbaycan ilə Moldova arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib.
 
Hazırkı ticarət dövriyyəsinin qənaətbəxş olmadığı,ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib.Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulanıb. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirilib.

Dövlət başçısı Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Dəvət məmnunluqla qəbul olunub.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM