Azərbaycan prezidenti İlham Əliyev Macarıstan prezidenti Yanoş Aderə təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, dövlət başçısı məktubunda Macarıstanın milli bayramı münasibətilə Y.Aderi təbrik edib. Qeyd olunub ki, Azərbaycanla Macarıstanı möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir: “İnanıram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !