İlham Əliyev Maliyyə Nazirliyinin yeni inzibati binasında

18:09 | 25.07.2014
İlham Əliyev Maliyyə Nazirliyinin yeni inzibati binasında

İlham Əliyev Maliyyə Nazirliyinin yeni inzibati binasında

AzərTAc xəbər verir ki, prezident İlham Əliyev iyulun 25-də Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub.

Maliyyə naziri Samir Şərifov İlham Əliyevə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verib. Qeyd edilib ki, paytaxtın ən gözəl və tarixi guşələrindən birində yerləşən bina Bakı şəhərinin müasir simasına uyğun, milli və orijinal memarlıq üslubunda tikilib. Burada nazirliyin mərkəzi aparatı, qurumun strukturuna daxil olan 2 dövlət agentliyi və 3 dövlət xidmətinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yeni binanın ərazisində əsaslı yaşıllaşdırma və abadlıq işləri aparılıb.Binanın akt zalında ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Nazirliyin muzeyində Azərbaycanın maliyyə sisteminin keçdiyi tarixi inkişaf yolu mərhələlər üzrə təqdim edilir.  Dövlət başçısı iclas zalları, görüş və iş otaqları ilə də tanış olub.Prezident İlham Əliyevə büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olunub. Dövlət başçısına ən müasir texnologiyanın tətbiq olunduğu əyar nəzarət maşını barədə də məlumat verilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM