İlham Əliyev Moldova prezidenti Maya Sandu ilə görüşüb -Yenilənib

21:30 | 31.05.2023
İlham Əliyev  Moldova prezidenti Maya Sandu ilə görüşüb -Yenilənib

İlham Əliyev Moldova prezidenti Maya Sandu ilə görüşüb -Yenilənib

 
Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub.

Əvvəlcə birgə foto çəkdirilib.

Prezident Maya Sandu İlham Əliyevi Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib.

"Avropa siyasi birliyi”nin Zirvə Toplantısının Moldovada keçirilməsi ilə bağlı təbriklərini çatdıran Prezident İlham Əliyev belə böyükmiqyaslı tədbirin dost Moldovada təşkil edilməsini müsbət qiymətləndirib.

Görüşdə ölkələr arasında münasibətlərin yaxşı səviyyədə olduğu qeyd edilib, enerji, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunuldub,dövlətlərarası əlaqələrin perspektivləri müzakirə olunub.

Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb, bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.

Beynəlxalq təşkilatlarda hər iki ölkənin qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib, bu xüsusda Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulanıb.

Maya Sandu "Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə Toplantısı çərçivəsində İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü müsbət addım kimi qiymətləndirib.

Dövlət başçısı Moldova Prezidentini Azərbaycana səfərə dəvət edib.

Dəvət məmnunluqla qəbul olunub.
 
 20:36

Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub.

Əvvəlcə birgə foto çəkdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM