İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib

14:56 | 18.09.2014
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib

Prezident İlham Əliyev Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.ANN.Az xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin Baş nazir Milo Cukanoviçlə təkbətək görüşü oldu.Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, bank sektoru, turizm, təhsil və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulandı.Sonra görüş geniş tərkibdə davam etdirildi.Dövlət başçısı Azərbaycan ilə Monteneqro arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələri əhatə etməsindən və dinamik inkişafından məmnunluğunu ifadə etdi. Əməkdaşlığımızın genişləndirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğuladı.İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlətimizin başçısı Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini diqqətə çatdırdı.Baş nazir Milo Cukanoviç Azərbaycan Prezidentinin Monteneqroya olan dostluq münasibətinə görə minnətdarlığını bildirdi.Ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Baş nazir bu inkişafın onda dərin təəssürat yaratdığını dedi və əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Milo Cukanoviç öz növbəsində Azərbaycan ilə Moneneqro arasında ikitərəfli münasibətlərin inkişafının razılıq doğurduğunu vurğuladı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM