İlham Əliyev Münxendə görüşlər keçirir - Yenilənir

17:08 | 18.02.2024
İlham Əliyev Münxendə görüşlər keçirir - Yenilənir

İlham Əliyev Münxendə görüşlər keçirir - Yenilənir

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
 16:26

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Kriştof Xoysqen Münxen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlət başçısına təşəkkürünü bildirib, COP29-un Azərbaycana keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29 ilə əlaqədar təbriklərə görə minnətdarlığını ifadə edib.

Kriştof Xoysqen qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulayıb.

Bu təklif dövlət başçısı tərəfindən məmnunluqla qəbul edilib. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırılıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir.

Görüşdə, həmçinin regional məsələlər müzakirə olunub. Dövlət başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini deyib. Bu istiqamətdə Almaniya Kansleri Olaf Şotsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırıb.

 16:19

Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Bundestaqın Xristian-Demokrat / Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının üzvü Armin Laşetin görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
 21:26

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən "The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor "The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd edib. O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirib.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı qeyd edib ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir.

Ölkəmizin "The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət edib.
 
 20:26

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını və ən xoş arzularını, həmçinin prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına səmimi təbriklərini çatdırıb.

Dövlət başçısı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirib, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev bu yaxınlarda Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığını və onun Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Qeyd edib ki, bu, tarixi səfər idi. Belə ki, BƏƏ Prezidenti ilk dəfə Azərbaycana rəsmi səfər edirdi.
COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycanı təbrik edən nazir Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın tapşırığına əsasən BƏƏ-nin COP heyətinin hazırda Azərbaycan nümayəndə heyəti ilə yaxından işlədiyini diqqətə çatdırıb. O, COP29-un COP-un tarixində ən uğurlu sessiyalardan biri olacağına əminliyini ifadə edib.

Azərbaycan Prezidenti COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu bildirib. Dövlət başçısı BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizminin çox uğurlu addım olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən ölkəmizdə bərpaolunan enerji sahəsində əməkdaşlıq xüsusi vurğulandı. "Masdar” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizin qeyri-neft sənayesinə yatırdığı investisiyalar məmnunluqla qeyd edildi, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
 
 19:26

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub.

Qoşulmama Hərəkatının Zirvə görüşü çərçivəsində ölkəmizə səfərini və Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladan Şeyx Hasina dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
Banqladeşin Baş naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin də qlobal iqlim dəyişikliyindən əziyyət çəkdiyini qeyd edib.

Dövlət başçısı Azərbaycanın COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda, Avropa təsisatları ilə əlaqələrinin bu istiqamətdə həmrəyliyin gücləndirilməsi işinə töhfə verəcəyini diqqətə çatdırdı.
Azərbaycan Prezidenti COP29-da iştirak etmək üçün Banqladeşin Baş nazirini ölkəmizə səfərə dəvət edib.
Şeyx Hasina dəvəti məmnuniyyətlə qəbul edib.

Görüşdə Banqladeşlə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, əczaçılıq, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycan-Banqladeş iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun yaradılmasının və iki ölkənin biznes dairələri arasında əlaqələrin qurulmasının vacibliyi vurğulanıb.

Ölkələrin xarici işlər nazirləri və aidiyyəti dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi və siyasi məsləhətləşmələr mexanizminin yaradılması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 
 19:12
 
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü olub.

Maroş Şefçoviç Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etməsinin məmnunluq doğurduğunu vurğuladı. O, Azərbaycanın pan-Avropa enerji təchizatçısı olduğunu yüksək qiymətləndirib. Tezliklə ölkəmizə səfər etmək niyyətində olduğunu bildirən Maroş Şevçoviç COP29-un Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını diqqətə çatdırıb.

O, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un sessiyasının əsas gündəliyinin çox vacib mövzulardan birinin iqlim maliyyələşdirilməsi olacağını deyərək, Avropa İttifaqının da iqlim dəyişikliyi üzrə proseslərdə yaxından iştirak edən tərəfdaş kimi Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər üzv təşkilatlarda apardığı iş, Avropa İttifaqı ilə əlaqələri və digər tərəfdaşlarla münasibətləri bu cür həmrəyliyin əldə edilməsinə töhfə verə bilər. Dövlət başçısı, həmçinin COP çərçivəsində ilk dəfə olaraq Üçlük mexanizminin yaradıldığını qeyd etdi və Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın bir araya gələrək bu istiqamətdə birgə iş aparacağını vurğulayıb.
 
 19:06

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.

Dövlət başçısını salamlayan Antoni Blinken deyib:

Hər vaxtınız xeyir, cənab Prezident. Prezident Əliyevlə görüşmək imkanını çox yüksək qiymətləndirirəm. Son bir neçə ildə bizim görüşmək və söhbət etmək üçün bir çox imkanımız olub. Hesab edirəm ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. Biz bu məsələni ciddi dəstəkləyirik. Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. Danışılacaq çoxlu mövzular var. Cənab Prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm.

Prezident İlham Əliyev deyib:
 
Təşəkkür edirəm, cənab Dövlət katibi. Siz də qeyd etdiyiniz kimi, COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəlimiyizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm.

Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğuladı ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.

ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu deyib.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır.

Dövlət başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğulayıb, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd etdi və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasını müsbət addım kimi qiymətləndirib.

Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir.
Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
 
 18:30

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
 18:10

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və nəzarət üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
 18:02

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 
 12:30

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Con Kerri dövlət başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırladıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcəkdir.

Dövlət başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd edib, həmçinin Xəzər dənizinin dibində bərpaolunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırıb.

Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğuladı. O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfər dəvət edib.

Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırıb.

 12:28

Azərbaycan Prezidenti İlham Əliyev ilə "Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Görüş fevralın 17-də Münxendə qarşı tərəfin müraciətinə əsasən baş tutub.
 
 12:26

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub.

Con Kerri dövlət başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcəkdir.

Dövlət başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd edub, həmçinin Xəzər dənizinin dibində bərpaolunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırıb.

Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğuladı. O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfər dəvət edib.

Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırıb.

11:51

Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM