Azərbaycan prezidenti İlham Əliyev deyib ki, onun ölkəsi Əfqanıstana dair bərpa və investisiya layihələrində iştirak etməyə hazırdır.İlham Əliyev NATO-nun Uelsdə keçirilən sammitində bəyan edib ki, Qars-Tbilisi-Bakı dəmir yolu xətti Əfqanıstan və bütün region üçün böyük ticarət və iqtisadi inkişaf imkanları açacaq.2015-ci ilin ikinci yarısında başa çatacaq bu layihə Türkiyə, Gürcüstan və Azərbaycanı dəmir yolu vasitəsilə birləşdirəcək.Əliyev əlavə edib ki, Əfqanıstana gedən qeyri-hərbi yüklərin 40 faizi hazırda Azərbaycan ərazisindən keçir.O yada salıb ki, Bakı Əfqanıstandakı NATO qoşunlarına, əfqan ordusunun quruculuğu üçün alyansın yaratdığı fonda və rəsmilərin təlimləndirilməsi proqramlarına töhfə verib.Prezident 2014-cü ilin sonlarında xarici qoşunlar Əfqanıstandan çıxdıqdan sonra da bu ölkəyə dəstək göstərəcəyini vəd edib. (azadlıq.org)
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !