Azərbaycan Prezidenti İlham Əliyev bu gün ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Viktoriya Nulandın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ANS PRESS-in məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafından razılıq ifadə olunub, Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib. Söhbət zamanı ölkələrimizin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, Əfqanıstanla bağlı əməkdaşlığının perspektivləri, insan hüquqları, demokratik təsisatlar, bu istiqamətdə dialoqun aparılması və digər məsələlər müzakirə edilib.
Görüşdə, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, bölgədə gərginliyin aradan qaldırılması, danışıqların davam etdirilməsi, regionda sülh və sabitliyin təmin olunması ilə bağlı məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !