Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşüb.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Görüşdə Almaniya Kansleri təyyarə qəzası ilə əlaqədar araşdırmaların gedişi ilə maraqlanıb.
Azərbaycan Prezidenti ilə Olaf Şoltsun əvvəlki görüşləri və aparılmış müzakirələr məmnunluqla xatırlanıb.
Söhbət zamanı ikitərəfli münasibətlərə, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !