İlham Əliyev: “Onlar yığdıqları pulları hara verirlər?”

10:03 | 15.04.2014
İlham Əliyev: “Onlar yığdıqları pulları hara verirlər?”

İlham Əliyev: “Onlar yığdıqları pulları hara verirlər?”

Prezident İlham Əliyev Nazirlər Kabinetində keçirilən müşavirədə nəqliyyat sektorundakı problemlərdən danışıb.Dövlət başçısı deyib ki, şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcək: "Metro tikintisi sürətlə gedir. Bildiyiniz kimi, biz metro stansiyalarının sayını 70-ə çatdırmaq əzmindəyik. Buna nail olacağıq. Bütün işlər qrafik üzrə gedir. Şəhərə ən yüksək standartlara cavab verən yeni sərnişin avtobusları gətiriləcək. Bakıda yeraltı parkinqlər tikilib. Bu da tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaq ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir”.İlham Əliyev qeyd edib ki, Bakı gözəl, müasir, inkişafda olan şəhərdir: "Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM