İlham Əliyev-Paşinyan görüşünün yeni kadrlarıVİDEO

13:39 | 01.10.2018
İlham Əliyev-Paşinyan görüşünün yeni kadrları – VİDEO

İlham Əliyev-Paşinyan görüşünün yeni kadrlarıVİDEO

Vladimir Solovyevin təqdimatı ilə "Rossiya 1” televiziyasında yayımlanan "Moskva. Kreml. Putin” proqramında MDB dövlət başçılarının Düşənbədə keçirilən sammitinin eksklüziv kadrları yayımlanıb.

Axar.az xəbər verir ki, reportajda sammitin gərgin keçməsiylə bağlı kadrlara yer verilib.

Reportajla bağlı ən maraqlı məqam isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşünün yeni kadrları olub. Belə ki, videoda Prezident və Baş nazirin sammitin keçiriləcəyi zala bir yerdə liftdə getdiyi əks edilib. Reportajı hazırlayan jurnalist hər iki liderin sammitin keçirildiyi zala getdikləri müddət ərzində danışıqları davam etdirdiklərini söyləyib.

Qeyd edək ki, bundan öncə yayımlanan kadrlarda İlham Əliyevlə Nikol Paşinyanın prezidentlərin birgə şəkil çəkdirdiyi zaman danışıqlar apardığı əks olunmuşdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb