İlham Əliyev polisləri təbrik etdi

11:10 | 02.07.2014
İlham Əliyev polisləri təbrik etdi

İlham Əliyev polisləri təbrik etdi

“Azərbaycan polisi müstəqilliyimizin və ölkədə daxili sabitliyinin təmin olunmasında mühüm rol oynayıb”.
Bunu Prezident Administrasiyanın Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramı və 2013-2014-cü tədris ilinin buraxılışına həsr olunmuş tədbirdə çıxışında deyib.
 
PA şöbə müdiri qeyd edib ki, bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atıb, qanunun aliliyini, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlib.
Fuad Ələsgərov peşə bayramı və tədris ilinin buraxılışı münasibəti ilə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin təbrikini mərasim iştirakçılarının nəzərinə çatdırıb. Təbrikdə qeyd olunub ki, polis orqanları 96 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyinin təmin olunmasında mühüm rol oynayıb.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb