İlham Əliyev Vyetnam Prezidenti Çan Day Kuanqın vəfatı ilə əlaqədar Vyetnam Kommunist Partiyasının Baş katibi Zati-aliləri cənab Nquyen Fu Çonqa başsağlığı verib.
Axar.az məktubun mətnini təqdim edir:
"Vyetnam Sosialist Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Çan Day Kuanqın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Çan Day Kuanq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr vermişdir.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !