İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq - Kreml

15:03 | 10.01.2021
İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq - Kreml

İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq - Kreml

Sabah Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.

Anews.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağla bağlı 9 Noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi planlaşdırılır. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcəkdir.

Bundan əlavə, Vladimir Putinin  İlham Əliyev və Nikol Paşinyanla təkbətək görüşü də nəzərdə tutulur

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb