İlham Əliyev, Putin və Sarqsyan döyüş sambosu turnirində

11:00 | 10.08.2014
İlham Əliyev, Putin və Sarqsyan döyüş sambosu turnirində

İlham Əliyev, Putin və Sarqsyan döyüş sambosu turnirində

Avqustun 9-da Azərbaycan, Rusiya və Ermənistan prezidentləri Soçidə döyüş sambosu üzrə beynəlxalq turniri izləyiblər.

Oxu.Az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl  V.Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda danışıqlar keçirib.

Görüşlərdə o cümlədən Dağlıq Qarabağ nizamlanması müzakirə olunub.

Turnirdə fəxri qonaqlar qismində Rusiyanın baş naziri Dmitri Medvedev, baş nazirin müavinləri Arkadiy Dvorkoviç və Dmitri Kozak, Soçi-2014 Olimpiya oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin əlaqələndirmə komissiyasının sədri vəzifəsini tutmuş Jan Klod Killi, ikiqat olimpiya çempionu Aleksey Voyevoda, boks üzrə olimpiya çempionu Aleksandr Povetkin və bir sıra idman federasiyalarının rəhbərləri iştirak ediblər.

Oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM