İlham Əliyev Putinə başsağlığı verdi

13:32 | 18.11.2013
İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Kazan aeroportunda təyyarə qəzası ilə bağlı Vladimir Putinə başsağlığı verib. 

ANN.Az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, ölkə başçısı baş verən qəzadan kədərləndiyini bildirib:

"Hörmətli Vladimir Vladimiroviç, Kazan aeroportunda təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirib. Azərbaycan xalqı adından və şəxsən öz adımdan sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM